24 Oktyabr 2017, Çərşənbə axşamı - 15:07

Almaniya-2016: Trasda dəyişikliklər və ötmə (DRS) zonaları

Almaniya-2016: Trasda dəyişikliklər və ötmə (DRS) zonaları

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:00 - 27 İyul, 2016

Növbəti Qran Pri ərəfəsində FİA keçən illə müqayisədə trasdakı dəyişikliklər barədə məlumatı dərc edib və DRS-dən istifadə zonalarını təsdiq edib. Xatırladaq ki, son reqlamentə uyğun olaraq, Hokkenhaym trasında da Formula1 sürücülərini iki DRS zonası gözləyir.

F-1.az xatırladır ki, trasda son yarış iki il əvvəl baş tutub. Bu müddət ərzində 1-ci və 2-ci döngələr arasındakı yaşıl rəngli beton zolaqlar arasında enli porebriklər döşənib, 6-cı və 11-ci döngələrin çıxışında isə əsas porebriklərin arxasında günbəzvari 500 mm-lik yeni porebriklər quraşdırılıb.

Növbəti 12-ci döngənin qarşısında 200 metrlik ərazidə asfalt örtüyü yenilənib, həmin döngənin çıxışında isə adi porebriklər əks maili porebriklərlə, süni ot örtüyü isə beton örtüyü ilə əvəz olunub. Daha sonra 13-cü döngədən 16-cı döngəyə qədər trasın hər iki tərəfindəki divarlar ralli-kross yarışı zamanı yenidən qurulmuşdular.

Qeyd etdiyimiz kimi Hokkenhaymrinqdə bizi iki DRS zonası gözləyəcək. Birinci zonanın interval ölçmə nöqtəsi ilk döngəyə 110 metr qalmış, aktivasiya nöqtəsi isə həmin döngədən 60 metr sonra yerləşir. İkinci DRS zonasının interval ölçmə nöqtəsi 4-cü döngənin çıxışında, aktivasiya nöqtəsi isə həmin döngədən 260 metr sonra yerləşir.

German Grand Prix


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 166
Teqlər , , , ,
Paylaş

logo