23 Oktyabr 2017, Bazar ertəsi - 09:58

Almaniya-2016: Birinci sərbəst yürüşlər

Almaniya-2016: Birinci sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

13:47 - 29 İyul, 2016

İkiillik fasilədən sonra Hokkenhayma qayıdan sürücülər məşqlərə baza sazlanmalarının qiymətləndirilməsi ilə və aerodinamik testlərlə başlayıblar. Komandalar mövsümün ikinci yarısına hazırladıqları yenilikləri yay tətilindən əvvəl burada yoxlamağı qərara alıblar.

F-1.az bildirir ki, iki komandada tes sürücülər əsas sürücüləri əvəz ediblər: Renault komandası Colion Palmerin maşınını Esteban okona, Haas komandası isə Esteban Qutyerresin maşınını Şarl Leklerə həvalə edib.

İlk 40 dəqiqəni əlavə təkər dəsti ilə keçirən komandalar onu Pirelli-yə qaytardıqdan sonra mexaniklər sazlanmalara düzəlişlər ediblər və sürücülər yenidən trasa yollanıblar. Niko Rosberq SuperSOft tərkibi ilə elə ilk cəhdində iki il əvvəlki poulun nəticəsini yaxşılaşdırıb – bu nəticə sona qədər ən yaxşı qalıb.

Sürücülərin hamısı təkərləri bloka salıblar, əylənmədə səhvə yol veriblər və təhlükəsizlik zonalarına çıxıblar, amam ciddi insident yaşanmayıb. 14-cü döngədə trasdan çıxan Roman Qrojan baryerlərə toxunsa da, boksa qayıda bilib. Okonun maşınında sükanın gücləndirisi sıradan çıxsa da, mexaniklər problemi oeprativ həll edə biliblər.

Nahardan sonra məşqlər davam edəcək…

YerNSürücüKomandaZamanFərqDövrə
16Niko RosberqMercedes AMG1:15.51732
244Lyuis HəmiltonMercedes AMG1:15.843+ 0:00.32630
35Sebastyan FettelFerrari1:16.667+ 0:01.15029
47Kimi RəykkönenFerrari1:16.852+ 0:01.33523
533Maks FerstappenRed Bull1:16.927+ 0:01.41029
63Daniel RikkardoRed Bull1:17.089+ 0:01.57230
714Fernando AlonsoMcLaren1:17.183+ 0:01.66618
822Censon BattonMcLaren1:17.612+ 0:02.09515
926Daniil KvyatToro Rosso1:18.008+ 0:02.49125
1055Karlos SaynsToro Rosso1:18.044+ 0:02.52722
119Markus ErikssonSauber1:18.198+ 0:02.68128
1277Valtteri BottasWilliams1:18.210+ 0:02.69337
1319Felipe MassaWilliams1:18.322+ 0:02.80533
148Roman QrojanHaas1:18.589+ 0:03.07220
1527Niko HülkenberqForce İndia1:18.591+ 0:03.07435
1611Serxio PeresForce İndia1:18.628+ 0:03.11129
1750Şarl LeklerHaas1:18.882+ 0:03.36532
1820Kevin MaqnussenRenault1:18.933+ 0:03.41635
1912Felipe NasrSauber1:18.961+ 0:03.44422
2045Esteban OkonRenault1:18.981+ 0:03.46430
2188Rio HaryantoManor1:19.167+ 0:03.65034
2294Paskal VerlyaynManor1:19.975+ 0:04.45833

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 170
Teqlər , , , ,
Paylaş

logo