21 May 2018, Bazar ertəsi - 06:58

A.Cons: “Ferrari Rikkardonu transfer etməlidir”

A.Cons: “Ferrari Rikkardonu transfer etməlidir”

Müəllif: Rauf Hacıyev, redaktor

21:03 - 16 Mart, 2016

1980-ci ilin dünya çempionu Alan Cons bildirib ki, Ferrari 2017-ci ildə Kimi Rəykkönenin yerinə Daniel Rikkardonu transfer etməlidir…

F-1.az xatırladır ki, Ferrari keçən il Rəykköneni əvəz etmək üçün Valtteri Bottas, Niko Hülkenberq və Daniel Rikkardo ilə danışıqlar aparırdı, amma italyanlar axırda Rəykkönen ilə müqaviləni bir il də uzatdılar. Amma finlandiyalı sürücünün müqaviləsi ilin sonunda bitəcək. Ona görə də transfer söz-söhbətləri yenidən başlayıb.

Formula1 üzrə 1980-ci ilin Dünya Çempionu Alan Cons bildirib ki, Daniel Rikkardo gələn il Kimi Rəykköneni əvəz etməlidir: “Kimi Ferrari-də yarışdığı üçün çox şanslıdır. Amma Ferrari onunla müqaviləni uzatmaqda doğru addım atdı, çünki tanımadığın sürücü ilə yarışmaqdansa, tanıdığın sürücü ilə davam etmək daha yaxşıdır.

Onlar hazırda böyük ehtimalla transfer barədə düşünmürlər. Hazırkı pilot heyəti ilə davam etmək istəyirlər. Rəykkönen yaxşı yarışdığı üçün onunla müqavilə uzadıldı, amma onlar yeni sürücü transfer etməyi planlaşdırırlar. Ümid edirəm ki, bu planların içində Rikkardo da var”.

Bildiyiniz kimi, Rikkardo keçən il komanda yoldaşı Daniil Kvyata xal hesabında uduzub. Cons bu barədə fikirlərini bildirib və qeyd edib ki, bu hal Rikkardonun karyerasına zərər verməyəcək: “Red Bull bu il TAG Heuer brendli mühərriklərdən istifadə edəcək və bunlar əslində Renault mühərrikləridir. Renault-nun zavod komandası kimi qayıtmasına çox sevindim. İndi onlar özlərini inkişaf etdirə bilərlər. Bunun üçün əllərinə yaxşı fürsət düşüb.

Danielə gəldikdə isə, ümid edirəm ki, o gələn il Ferrari-də çıxış edər”.

Cons düşünür ki, Ferrari bu il Mercedes AMG ilə rəqabət apara biləcək, amma axırda Mercedes AMG 3-cü Dünya Çempionu titulunu qazanacaq: “Mercedes AMG köhnə taktikadan istifadə etdi. Düşünürəm ki, onlar testlərdə əsl güclərini gizlətdilər və dolu çən ilə dövrələr atdılar və Ferrari-dən çəkindiklərini dedilər.

Axırda Mercedes AMG qalib gələcək, amma Ferrari sona qədər mübarizə aparacaq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 628
Teqlər , , , ,
Paylaş

logo