15 Avqust 2018, Çərşənbə - 17:22

40-cı Dakar marafonu başa çatıb

40-cı Dakar marafonu başa çatıb

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

06:09 - 21 Yanvar, 2018

F-1.az xəbər verir ki, Argentinada əfsanəvi Dakar ralli marafonu başa çatıb. Sayca 40-cı olan marafonun sonuncu mərhələsində sensasiya yaşanmayıb və […]

F-1.az xəbər verir ki, Argentinada əfsanəvi Dakar ralli marafonu başa çatıb. Sayca 40-cı olan marafonun sonuncu mərhələsində sensasiya yaşanmayıb və mərhələ sadəcə formal xarakter daşıyıb.

Motosikletçilərin yarışında Kardova ətrafındakı dairəvi mərhələnin qalibi Honda-dan Kevin Benavides olub. Yarışın lideri KTM sürücüsü Mattias Volkner səliqəli davranıb, səhvə yol verməyib və mərhələni 8-ci yerdə başa vursa da, rallinin ümumi qalibi olub. KTM-in 18 illik qalibiyyət seriyası bu dəfə də qırılmayıb. Benavides ümumi hesabda Volknerə 17 dəqiqə uduzub, daha bir KTM sürücüsü Tobi Prays rallini 3-cü yerdə başa vurub.

Matthias Walkner, KTM, Dakar

Kvadrosikletçilərin sonuncu mərhələsində İqnasio Kasale dözməyib – çilili idmançı böyük üstünlüklə irəlidə olduğu üçün son mərhələləri ancaq 3-cü yerdə başa vurmaqla kifayətlənirdi, amma bu dəfə nəyə qadir olduğunu sübat edib və mərhələnin qalibi olub. Onun əsas rəqibi Nikolas Kavilyasso günü 3-cü yerdə bitirib və ümumi hesabda Kasaleyə 1 saat 39 dəqiqə uduzub. Daha bir argentinalı sürücü Yeremias Qonsales Ferioli rallidə üçüncü olub.

Avtomobillərin yarışında son mərhələdə Toyota-nın sürücüsü Jinel de Vilyers qalib gəlib, Peugeot-dan Stefan Petransel ona azca uduzub. Finişdə nəticələr çox sıx olub, mərhələni 9-cu yerdə başa vuran Karlos Sayns liderə cəmi 3 dəqiqə uduzub. Ona görə də 55 yaşlı “Matador” karyerasında ikinci dəfə Dakarın qalibi olub. Toyota-dan Nasser əl Attiyah ümumi hesabda Saynsa 43 dəqiqə uduzaraq ikincilik əldə edib. Jinel de Vilyers isə Toyota ilə podiumu tamamlayıb.

Eduard Nikolaev, KamAZ Master, Dakar

Yük maşınlarının yarışında isə son mərhələdə İveco-dan Ton van Qenuqten fərqlənib. LİAZ-dan Martin Masik finişdə ikinci olub. KamAZ Master-in sürücüləri əsas liderləri Eduard Nikolayev üçün işləyiblər və qalibdən bir neçə dəqiqə sonra finiş xəttini keçiblər: Dmitriy Sotnikov finişdə 3-cü olub.

Amma ümumi hesabda Nikolayev böyük üstünlüklə qalib gəlib. MAZ-ın sürücüsü Sergey Vyazov liderə 4 saat uduzub. KamAZ Master-in daha bir sürücüsü Ayrat Mardeyev isə marafonu 3-cü yerdə tamamlayıb.


Son Xəbərlər

İnformasiya

Bölüm Dakar
Mənbə
Baxış Sayı 569
Teqlər , , , ,
Paylaş

ucuz paykasa paykasa bozdurma
logo