17 Dekabr 2018, Bazar ertəsi - 11:29

Yaponiya-2018: Birinci sərbəst yürüşlər

Yaponiya-2018: Birinci sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

06:38 - 05 Oktyabr, 2018

Bu gün Suzukada ilk məşqlər buludla səma altında, amma quru trasda baş tutub. İştirakçılar arasında yalnız bir dəyişiklik olub – Stoffel Vandornu McLaren-in sükanı arxasında Lando Norris əvəzləyib. Sürücülər ənənəvi proqramları üzrə işləyiblər, yağış riski olmadığı üçün nəticələr tədricən yaxşılaşıblar.

F-1.az bildirir ki, ilk dəqiqələrdən Red Bull sürücüləri sürətli olublar, amma Mercedes sürücüləri onları keçərək protokollara başçılıq ediblər. Xüsusən də Həmilton çox sürətli olub – britaniyalı sürücü öz komanda yoldaşından belə bir baş üstün olub. Ferrari sürücüləri elə də inamlı olmayıblar, həm də Rəykkönen yenə də Fetteldən sürətli olub.

İnsidentsiz ötüşməyib. Sessiyanın ortasında Pyer Qasli şikananın qarşısında gözlənilmədən sürətini azaldıb, bu isə arxadan sürətlə gələn Həmilton üçün sürpriz olub – Lyuis şikananı kəsərək trasdan çıxmalı olub. Hazırda stüardlar insidenti araşdırırlar.

Bir neçə dəqiqədən sonra Alonso Degner 1 döngəsində trasdan çıxaraq çınqıllığa düşüb, amma boksa qayıda bilib. Daha bir neçə dəqiqədən sonra Qasli otluq sahəyə çıxıb, amma o da maşını zədələməyib.

YerNSürücüKomandaZamanFərqDövrə
144Lyuis HəmiltonMercedes1:28.69125
277Valtteri BottasMercedes1:29.137+ 0:00.44626
33Daniel RikkardoRed Bull1:29.373+ 0:00.68232
47Kimi RəykkönenFerrari1:29.627+ 0:00.93620
55Sebastyan FettelFerrari1:29.685+ 0:00.99420
633Maks FerstappenRed Bull1:29.841+ 0:01.15030
731Esteban OkonRacing Point1:30.591+ 0:01.90028
88Roman QrojanHaas1:30.814+ 0:02.12322
916Şarl LeklerSauber1:30.929+ 0:02.23827
109Markus ErikssonSauber1:31.073+ 0:02.38229
1110Pyer QasliToro Rosso1:31.073+ 0:02.38220
1255Karlos SaynsRenault1:31.100+ 0:02.40923
1311Serxio PeresRacing Point1:31.272+ 0:02.58129
1420Kevin MaqnussenHaas1:31.274+ 0:02.58328
1527Niko HülkenberqRenault1:31.418+ 0:02.72718
1618Ləns StrollWilliams1:31.508+ 0:02.81727
1728Brendon HartliToro Rosso1:31.908+ 0:03.21723
1814Fernando AlonsoMcLaren1:32.034+ 0:03.34321
1935Sergey SirotkinWilliams1:32.513+ 0:03.82226
2047Lando NorrisMcLaren1:32.683+ 0:03.99230

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 333
Teqlər , , , ,
Paylaş

logo