20 Noyabr 2018, Çərşənbə axşamı - 02:51

V.Bottas: “Komanda əmrinin yeri yox idi”

V.Bottas: “Komanda əmrinin yeri yox idi”

Müəllif: Rauf Hacıyev, redaktor

11:02 - 17 Aprel, 2017

Mercedes komandasının sürücüsü Valtteri Bottas komanda əmri aldığına görə məyus olduğunu deyib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Bəhreyn yarışına pouldan başlayıb və yekunda 3-cü yeri tutub.

Bottas ilk pit-stopdan sonra Fettelin arxasına düşüb və almaniyalı sürücünün fərqi artırmasına mane ola bilməyib. Bu əsnada temp cəhətdən komanda yoldaşı Həmiltona da uduzan 27 yaşlı sürücüyə komandasından əmr gəlib və Bottas britaniyalı sürücünü önə buraxıb.

Valtteri Bottas: “Komanda əmri bir sürücünün eşitmək istəyəcəyi ən son şeydir. Amma yarışdakı vəziyyətə görə bunu anlaya bilirəm. Lyuis fərqli strategiyada olduğu üçün qəbul etdim və məndən sürətli idi. Qələbə üçün şansı daha çox olduğu üçün ötməsinə icazə verdim.

Təkərlər yaxşı işləmədiyi üçün istədiklərimi edə bilmədim və nəticə ilə razılaşmalıyam”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 002
Teqlər , , , ,
Paylaş

logo