24 Oktyabr 2017, Çərşənbə axşamı - 06:06

Toro Rosso 7/24 rejimində işləməyə hazırlaşır

Toro Rosso 7/24 rejimində işləməyə hazırlaşır

Müəllif: Rauf Hacıyev, redaktor

16:39 - 09 Yanvar, 2017

Toro Rosso komandası yeni bolidini vaxtında hazırlamaq üçün hər gün 24 saat işləməyə başlayacaq.

F-1.az xatırladır ki, mövsümöncəsi testlər fevralın 27-də başlayacaq və hazırda komandalar yeni dizaynlı bolidlərini vaxtında hazırlamaq üçün əllərindən gələni edirlər.

Toro Rosso komandası keçən il də eyni fəlsəfəni seçmişdi. Amma keçən il vəziyyət fərqli idi. İtalyanlar mühərriklə bağlı müqavilə gecikdiyi üçün bu yolu seçmişdilər.

Komandanın rəhbəri Frants Tost bu barədə danışıb: “İstehsala görə hər gün 24 saat işləməli olduğumuz zamana çatdıq. Fevral ayının ortasına qədər 3 növbəli sistemdə işləyəcəyik. Çox qısa və çox xərc çəkəcəyimiz bir dövr olacaq”.

Dekabr və yanvar ayları Formula1 komandaları üçün istehsal cəhətdən sürətli keçir. Komandalar yeni bolid üçün konstruktorlara maksimum vaxt vermək üçün istehsal dövrünü gecikdirməyə çalışırlar.

Frants Tost: “Aerodinamika şöbəsi çertyojları vermək istəməyib, əlavə bir gün istəyəndə işimiz çətinləşir. Çox çətin olsa da, bunun performansa çox faydası olur. Hər il eyni hekayə olur. Heç nə dəyişmir.

Aerodinamik boruda nə qədər çox işləsəniz və araşdırma və təkmilləşdirmə üzərində nə qədər çox işləsəniz, o qədər güclü olursunuz.

Kiçik komandaların fərqi buradadır. Bir hədd qoyuruqsa, ona əməl etməliyik. Əks halda bolid ilk yarış üçün hazır olmaz. Çertyojların istehsalata verilməsi üçün bir tarix seçməliyik. O tarixi mümkün qədər gecikdiririk. Onsuz da hədd təyin etdiyimiz üçün daha çox vaxt istəmirlər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 610
Teqlər ,
Paylaş

logo