16 Dekabr 2017, Şənbə - 15:02

T.Volff: “Ferstappenin hərəkəti sərt idi”

T.Volff: “Ferstappenin hərəkəti sərt idi”

Müəllif: Rauf Hacıyev, redaktor

13:16 - 11 Oktyabr, 2016

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Maks Ferstappenin sərt müdafiəsi ilə heç bir problemi yoxdur, amma sürücülər nəyi edib, nəyi etməyəcəyini bilməlidirlər…

F-1.az xatırladır ki, Ferstappen sondan ikinci dövrədə Həmiltonun hücumuna qarşı sərt müdafiə olunmuşdu və əylənmə zonasında daxili trayektoriyanı bağlamışdı. Həmilton hollandiyalının ani reaksiyasına tras xaricinə çıxaraq vaxt itirmişdi.

Mercedes komandası insidentdən sonra Həmiltonun xəbəri olmadan Ferstappendən şikayət etsə də, insidentin Amerikada araşdırılması qərarından sonra şikayəti geri götürmüşdü.

Toto Volff: “Cavabımdan təəccüblənə bilərsiniz, amma sərt mübarizələri sevirəm və Ferstappen bəzi şeyləri canlandırdı. Çox sərt müdafiə olunur. Qaydalar kitabı bu barədə nəsə deməlidir. Qaydalar kitabına görə əylənmə zonasında yön dəyişdirmək olmaz. Amma indiyə kimi bununla bağlı cəza görməmişik. Sadəcə biz bilməliyik ki, nəyə icazə verilir, nəyə yox. Məncə, sərt mübarizələr olmalıdır”.

Red Bull komandasının rəhbəri Kristian Horner isə hollandiyalı sürücünün etdiklərində problem görmür: “Əvvəla onu deyim ki, bolid həmişə daxili trayektoriyaya keçməlidir. Sərt, amma ədalətli mübarizə idi. Heç bir problem görmürəm. İki sürücü arasında gözəl mübarizə oldu. Həmilton yarışdan sonra Ferstappeni təbrik etdi. Aralarında heç bir problem yoxdur”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 115
Teqlər , , , , ,
Paylaş

logo