22 Aprel 2018, Bazar - 06:39

Sauber-in ikiillik hədəfləri

Sauber-in ikiillik hədəfləri

Müəllif: Rauf Hacıyev, redaktor

15:34 - 13 Fevral, 2017

Sauber komandasından Yorq Tsander bildirib ki, bu mövsüm orta sıralar uğrunda mübarizə apara bilərlər. Amma daha artığı qeyri-mümkündür.

F-1.az xatırkadır ki, isveçrəlilər son iki mövsümdə 10-cu yeri tutublar. Beləliklə, Sauber ən pis mövsümlərindən birini keçirib.

2016-cı ildə son iki yarışa qədər sonuncu olan Sauber komandası braziliyalı sürücüsü Felipe Nasrın aldığı 2 xal hesabına 10-cu ola bilmişdi.

Tsander bu açıqlamaları verib: “Təbii ki, ilk məqsədimiz keçən ilə nisbətən yaxşı yerdə olmaqdır. Ümumilikdə isə orta qrupda hər yarış xal almaq istəyirik. Keçən il bizim üçün uğursuz oldu. Maliyyə cəhətdən problemlərimiz var idi. Amma yay tətilində bunu həll etdik və gözəl performans göstərdik. 2018-ci il üçün böyük hədəflərimiz var. Formula1-də qısa müddətdə möcüzə yaratmaq olmaz. Amma özümüzə güvənirik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 672
Teqlər ,
Paylaş

logo