15 Dekabr 2017, Cümə - 21:47

S.Vandornun bloqu: “Bəhreyndə niyə strart ala bilmədim?”

S.Vandornun bloqu: “Bəhreyndə niyə strart ala bilmədim?”

Müəllif: Rauf Hacıyev, redaktor

12:19 - 20 Aprel, 2017

McLaren komandasının sürücüsü Stoffel Vandorn öz bloqunda start ala bilmədyi Bəhreyn yarışından yazıb. F-1.az olaraq, bu yazını sizə təqdim edirik.

Stoffel Vandorn: “Bəhreyn nə mənim üçün, nə də McLaren Honda üçün heç də asan keçmədi. Oraya qayıtmağı doğrudan da çox istəyirdim. Trası yaxşı tanıyıram və keçən il orada gözəl xatirələrim olmuşdu. Orada ilk xalımı qazanmışdım. Əslində cümə günü planlaşdırdığımız kimi normal başlanğıc etdik. Buna görə də yaxşı vəziyyətdə olacağımızı düşünürdüm. Ancaq birinci sərbəst yürüşlərdə bir neçə dövrə vurduqdan sonra güc qurğusu ilə bağlı problemlərlə üzləşdik və buna görə də çox vaxt itirdik. Amma ikinci sərbəst yürüşlərin daha vacib olduğunu bilirdik, çünki bu sessiya sıralanma və yarışla oxşar şəraitdə keçirilir. Lakin bir neçə dövrə vurduqdan sonra problem yarandı. Mənim üçün dəyərli olan dəqiqələri itirmək heç də asan deyildi. Bu o demək idi ki, yarışla bağlı daha az məlumat toplayacaqdım. Amma bütün bu çətinliklərə baxmayaraq, sıralanma turunda güclü idik. Əyləclərin soyudulması ilə bağlı bəzi problemlər yaşadıq. Tam əmin olmasam da, o vaxta qədər yaşadığımız problemləri nəzərə aldıqda ən yüksək performansa çıxdıq.

Amma heyif ki, bazar günü mənim üçün qısa oldu. Pit yolu açılandan sonra trasa çıxarkən problem yaşadım. Start finiş düzlüyünə gəlib dayananda mexaniklər bolidi təhlil etdilər və su sızıntısı problemi tapdılar. Buna görə də yarışa başlaya bilmədik. Mənə yarışda iştirak etməyəcəyimi deyəndə qəribə hiss keçirdim. Mənim üçün asan olmasa da, əsas vəzifəm boliddən maksimumu çıxarmaqdır. Bolidi təkmilləşdirmək isə komandanın məsuliyyətindədir.

Həm Fernando, həm də mənim üçün çətin vəziyyətdir. Fernandonun McLaren-in dəstəyi ilə İndy500 yarışında çıxış etməsi gözəl xəbər idi. Məncə, yeni mübarizəyə girişmək istəyir. Düşünür ki, bu çox gözəl bir şeydir.

Artıq Soçiyə fokuslanmışıq və ora da Bəhreynə bənzəyir. Orada daha güclü olacağımızı zənn etmirəm. Bizi yenə çətin həftəsonu gözləyir. Amna bütün çətinliklərə baxmayaraq, əlimizdən gələnin ən yaxşısını edəcəyik.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 619
Teqlər , , , ,
Paylaş

logo