22 Oktyabr 2017, Bazar - 23:14

S.Stallone: “Senna onun haqqında film çəkməyimi istəyirdi”

S.Stallone: “Senna onun haqqında film çəkməyimi istəyirdi”

Müəllif: Rauf Hacıyev, redaktor

09:18 - 26 Yanvar, 2016

Məşhur aktyor Silvester Stallone bildirib ki, əfsanəvi Ayrton Senna ondan xahiş edibmiş ki, bir filmdə braziliyalını canlandırsın.

F-1.az xatırladır ki, Stallone Rokki Balboa və Con Rembo rolları ilə bütün dünyada məşhurlaşıb. Stallone bu günlərdə açıq hərracda iştirak edib və orada Ayrton Senna ilə yaxın olduğunu, onunla tez-tez danışdığını deyib və əlavə edib ki, Senna ondan özü haqda film çəkməsini xahiş edibmiş.

Ayrton Senna Formula1 karyerası ərzində 65 poul və 41 qələbə qazanmaqla 3 dəfə Dünya Çempionu olmuşdu. Braziliyalı sürücü 1994-cü ilin San Marino yarışında qəza edərək, dünyasını dəyişib.

Xatırladaq ki, Silvester Stallone 2001-ci ildə çəkilmiş “Sürücü” (Driven) filmində Dünya Çempionu olmuş Champ Car pilotunu oynayıb. “İtalyan Ayğırı” ləqəbli aktyor bu filmi çəkmək üçün Formula1 padoklarında 2 il vaxt keçirdib. Filmin ssenarisi də məhz Stalloneyə məxsusdur.

Silvester əlində Ayrtonun sarı dəbilqəsini tutaraq bunları deyib: “Ayrton Senna F1 tarixinin ən yaxşı pilotlarından biri idi və məndən xahiş etmişdi ki, onun avtobioqrafik filmini çəkim.

O vaxtlar tez-tez telefon vasitəsilə danışırdıq. Mənə həmişə deyirdi ki, “mənim haqda bir film çəksən yaxşı olar., sənin filmlərini çox sevirəm”. Mən də həmişə ona təşəkkür edərdim.
Filmin üstündə işləməyə başladım. Ondan sonra telefonla daha çox danışmağa başladıq.

Mənə bir dəfə dəbilqəsində olan rəngləri göstərdi və dedi ki, burada olan sarı rənglər əslində Rokki rəngləridir. Daha sonra mənə dəbilqəsini hədiyyə etdi. Daha əvvəl o cür gözəl dəbilqə görməmişdim.

Daha sonra qəza edərək, dünyasını dəyişdi. Ondan sonra belə qərara gəldim ki, onun haqqında kino çəkməyim. Çünki mənim üçün də çox çətin idi”.

Qeyd edək ki, Asif Kapadya 2010-cu ildə “Senna” sənədli filmini çəkib və filmə görə çoxlu mükafatlar alıb.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 311
Teqlər , , , , ,
Paylaş

logo