16 Oktyabr 2018, Çərşənbə axşamı - 05:40

S.Peres testlərdən razı qalıb

S.Peres testlərdən razı qalıb

Müəllif: Rauf Hacıyev, redaktor

21:31 - 06 Mart, 2016

Force İndia komandasının sürücüsü Serxio Peres testlərin son günündə problem yaşamasına baxmayaraq, testlərdən razı qalıb…

F-1.az xəbər verir ki, Force İndia komandası testlərin son günündə mühərriklə bağlı problem yaşayıb və sadəcə 60 dövrə vura bilib.

Serxio Peres bu barədə danışıb: “Külək əsirdi. Çox çətin idi. Səhər hər şey qaydasında idi, ancaq nahardan sonra yarış tempində gedən yerdə mühərrik dayandı.

Buna baxmayaraq, 60 dövrə ata bildik və iki həftə ərzində faydalı məlumatlar topladıq. Bu bizə kömək edəcək.

Avstraliya QP-yə hazırıq. Ümid edirik ki, yaxşı yarış olacaq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 244
Teqlər ,
Paylaş

logo