17 Oktyabr 2017, Çərşənbə axşamı - 20:58

S.Peres: “Seriyamı davam etdirə bildim”

S.Peres: “Seriyamı davam etdirə bildim”

Müəllif: Rauf Hacıyev, redaktor

14:07 - 18 Sentyabr, 2017

Force İndia komandasının sürücüsü Serxio Peres beşinci yerdə bitirdiyi Sinqapur yarışından sonra sevincli olduğunu bildirib.

F-1.az xatırladır ki, Force İndia komandasının sürücüləri sıralanma turunda son sessiyaya qala bilməsələr də, Peres yarışda əlinə düşən fürsətlərdən maksimum faydalanaraq, yarışı 5-ci pillədə bitirib.

Serxio Peres: “Çətin keçən yarışda 5-ci olduğum üçün sevincliyəm. İlk dövrədə su üzümə vurduğu üçün yolu görmək mümkünsüz idi və səhv etmək asan idi. Təbii ki, podiumu əldən verdiyimiz üçün məyusam, amma təhlükəsizlik avtomobili ikinci dəfə trasa daxil olanda strategiyamız pozuldu. Bizim üçün çətin keçən sıralanma turundan sonra mükəmməl formada qayıtdıq. Bu bizim üçün əla nəticədir. Mühəndislər Kubokunda 4-cülüyümüzü möhkəmləndirdik. Sinqapurda xal almaq seriyamı da davam etdirdim və sevincliyəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 143
Teqlər , , ,
Paylaş

logo