23 Noyabr 2017, Cümə axşamı - 11:39

S.Markionne Toro Rosso-ya Alfa Romeo mühərriklərini təklif edibmiş…

S.Markionne Toro Rosso-ya Alfa Romeo mühərriklərini təklif edibmiş…

Müəllif: Elçin Zodorov, redaktor

12:33 - 03 Fevral, 2016

Sercio Markionnenin bu mövsüm yenidən Ferrari mühərriklərinə qayıdan komandadan başqa bir istəyi olub.

F-1.az xatırladır ki, Red Bull və Toro Rosso komandalarının bu mövsüm hansı mühərriklərdən istifadə edəcəkləri ilə bağlı uzun müzakirələr getmiş, Red Bull komandası Renault-yla yoluna davam etməyə qərar verərkən, Toro Rosso da Ferrari-nin 2015-ci il mühərriklərindən istifadə etməyi üstün tutmuşdu.

Auto Bild iddia edir ki, Fiat Chrysler konserninin rəhbəri, eyni zamanda da Ferrari-in prezidenti olan Sercio Markionne Toro Rosso-ya Alfa Romeo mühərriklərini təklif edib.

Red Bull komandasından adı çəkilməyən mənbə bu barədə deyib: “Bu təklif maddi məsələlərə görə reallaşmadı. Çünki Markionne Toro Rosso və ya Red Bull-un mühərrikin inkişafı üçün lazım olan xərcləri ödəməsini istəyirdi ki, buna da 30 milyon avroya yaxın pul lazımdır”.

Red Bull 2015-ci il Ferrari mühərriklərinin kifayət qədər yaxşı seçim olduğunu bildirib və ilk təklifi qəbul etməyib.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 442
Teqlər , , , , ,
Paylaş

logo