19 Noyabr 2017, Bazar - 19:43

S.Fettelin hərəkəti FİA tərəfindən araşdırılır

S.Fettelin hərəkəti FİA tərəfindən araşdırılır

Müəllif: Rauf Hacıyev, redaktor

12:14 - 28 İyun, 2017

Azərbaycan Qran Prisində bolidini Lyuisin bolidinə çırpan Sebastyan Fettelin bu hərəkəti FİA tərəfindən araşdırılır.

F-1.az bildirir ki, Azərbaycanda Lyuislə Sebastyan arasında yaşanan insident Daniel Rikkardonun qələbəsindən çox müzakirə olunmaqdadır. Fettel 15-ci döngənin çıxışında bolidini Lyuis Həmiltonun üzərinə sürmüş və buna görə də 10 saniyə dayan və get cəzası almışdı.

Almaniyalı sürücü son səkkiz ayda ikinci dəfə FİA-nın qaydalarını sərt şəkildə pozur. Sebastyanın Azərbaycan yarışındakı hərəkəti hazırda FİA tərəfindən araşdırılır. Auto Motor und Sport xəbər verir ki, FİA-nın prezidenti Jan Todt rəqibinə bilərəkdən çırpılan Fettelin bu hərəkətinin araşdırılmasını istəyib. Buna görə də qısa müddət ərzində 29 yaşlı sürücü Jan Todtun qəbuluna çıxmalı olacaq. Qeyd edək ki, 1997-ci ildə Mixael Şumaxer bilərəkdən Jak Vilnövə çırpıldığı üçün mövsümdəki bütün nəticələri silinmişdi. Buna görə də belə hesab edilir ki, FİA Sebastyan Fettel biryarışlıq çempionatdan kənar edəcək. Qərarın növbəti günlərdə verilməsi gözlənilir…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 383
Teqlər , , , , , , , , , ,
Paylaş

logo