17 Dekabr 2017, Bazar - 10:09

S.Fettel: “Hunqarorinq fiziki cəhətdən bizi yorur”

S.Fettel: “Hunqarorinq fiziki cəhətdən bizi yorur”

Müəllif: Rauf Hacıyev, redaktor

16:12 - 20 İyul, 2016

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Macarıstan yarışı fiziki cəhətdən sürücüləri yorur…

F-1.az xatıraldır ki, Ferrari son iki yarışda istənilən nəticələri ala bilməmiş və Mercedes-dən də, Red Bull-dan da az xal toplayıb. İtalyanlar bu uğursuzluğa Macarıstanda son qoymaq istəyirlər.

Sebastyan Fettel keçənilki Macarıstan yarışının qalibi olmuşdu və eyni uğuru bu il də təkrarlamaq istəyir: “Tras çox qısadır və Monako trasından fərqi odur ki, burada divarlar yoxdur. Çoxlu döngələr var. Daha sonra isə uzun bir düzlük və yenidən çoxlu döngələr. Burada dincəlmək mümkün deyil. Hunqarorinq çox isti trasdır. Bu sürücülər üçün çox çətindir və fiziki cəhətdən yorucudur. Ancaq sevdiyimiz traslardan biridir”

Qeyd edək ki, Hunqarorinq 1986-cı ildən bəri Formula1 yarışlarını qəbul edir və Formula1 ilə olan müqaviləsini 2026-cı ilə qədər uzadıb…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 113
Teqlər , , ,
Paylaş

logo