S.Abitebul Maqnussendən inciyib

Renault Motorsport-un rəhbəri Siril Abitebul Renault-dan Haas komandasına keçən Maqnussendən inciyib...

F-1.az xatırladır ki, Maqnussen keçən ilin əvvəlində Renault komandasına transfer olunmuş, amma mövsümün sonunda Haas ilə razılaşaraq, fransızları tərk etmişdi.

Abitebul bildirib ki, danimarkalı sürücüdə liderlik keyfiyyətləri olmayıb: “Maqnussen məni məyus etdi. Onun performansı və davranışlarına görə məyus oldum. İstedadı olsa da, intizamsızdır. Bəhanələri çoxdur. Komanda daxilində stabillik istəyirdik və Kevinin qalması məntiqli olardı. Amma mövsüm ərzində digər sürücümüz inkişaf etdiyi halda, Maqnussen yerində saydı.

Ümumilikdə isə cümə günləri Palmer daha yavaş olurdu. Amma həftəsonu ərzində inkişaf edirdi. Maqnussen sərbəst yürüşlərdə sürətli olsa da, həftəsonu ərzində yavaşlayırdı. Colion öz yolu ilə addımlayır. GP2-də çempion olması və Vandorn ilə mübarizəsi bir neçə il davam etmişdi. Doğru yoldadır. 2017-ci ildə ondan daha güclü performans gözləyirik”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*