20 Oktyabr 2017, Cümə - 07:19

S.Abitebul: “Kubitsa qayıda bilər”

S.Abitebul: “Kubitsa qayıda bilər”

Müəllif: Rauf Hacıyev, redaktor

18:07 - 13 İyul, 2017

Renault Sport-un rəhbəri Siril Abitebul bildirib ki, komanda ilə test yürüşləri edən Kubitsa barədə bəzi şeylər düşünürlər.

F-1.az xatırladır ki, 32 yaşlı sürücü 6 illik fasilədən sonra Valensiyada Lotus-un 2012-ci il bolidi E20 ilə 105 dövrə vurmuşdu. Lakin polşalı sürücü dünən Pol Rikar trasında yenidən E20-nin sükanı arxasına keçib və bu dəfə 90 dövrə vurub.

Siril Abitebul: “Kubitsa yenidən Formula1-də yarışmaq istədiyini bizə demişdi və ona bu fürsəti verdik. Onun performansına baxmaq üçün bəzi traslar seçdik və Robert də yaxşı iş gördü. Onu komandada dəyərləndirmək üçün bəzi ideyalarımız var idi. Təbii ki, onun Formula1-ə qayıdacağını demək üçün çox tezdir. Bu barədə heç Kubitsanın özü ilə danışmamışıq. Sürdüyü bolid yeni olmadığı üçün tam performansını bilmirik. Yenə də onunla işləmək çox gözəldir və ümid edirəm ki, gələcəkdə bu şansı əldə edərik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 654
Teqlər , , , ,
Paylaş

logo