20 Oktyabr 2017, Cümə - 20:01

Rosberq və Kubitsa Qudvudda Formula1-ə qayıdıblar

Rosberq və Kubitsa Qudvudda Formula1-ə qayıdıblar

Müəllif: Rauf Hacıyev, redaktor

10:06 - 04 İyul, 2017

Sabiq Formula1 sürücüləri Niko Rosberq, Robert Kubitsa Qudvud sürət festivalında yenidən Formula1 bolidinin sükanı arxasına keçiblər.

F-1.az xatırladır ki, Niko Rosberq 2016-cı ildə Formula1 üzrə Dünya Çempionu olduqdan 5 gün sonra istefa verərək, Formula1 karyerasını bitirmişdi. Almaniyalı sürücü Mercedes komandasının 2014-cü il bolidi W05-i sürərək, istefadan sonra ilk dəfə Formula1 bolidinin sükanı arxasına əyləşib.

 

Lakin Formula1 bolidinə qayıdan tək adam Rosberq olmayıb. Təxminən 1 ay bundan əvvəl Lotus-un 2012-ci il bolidi E20 ilə Valensiyada 115 dövrə vurmuş Robert Kubitsa da Qudvudda Formula1 maşınının sükanı arxasına keçib. Polşalı sürücü burada da Lotus E20-ni idarə edib. 32 yaşlı sürücü heç bir problem yaşamadan günü tamamlaya bilibdir.

 

Valtteri Bottas isə Niko Rosberqdən sonra W05-in sükanı arxasına keçərək, azarkeşlərə şou göstərib.

 

Sabiq Formula1 sürücüsü Nik Haydfield isə Forula E maşını ilə azarkeşləri coşdurub.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 7. 840
Teqlər , , , , , ,
Paylaş

logo