18 Noyabr 2017, Şənbə - 01:13

Renault: “Maldonado, biz sənin üçün darıxacayıq”

Renault: “Maldonado, biz sənin üçün darıxacayıq”

Müəllif: Rauf Hacıyev, redaktor

15:08 - 06 Fevral, 2016

Renault komandası 2 ildir Enstoun zavodunda işləyən Pastor Maldonadoya təşəkkür edib…

F-1.az xatırladır ki, Maldonado 2014-cü və 2015-ci illərdə Lotus komandasında yarışıb. Amma 2016-cı ildə PDVSA Maldonadonun yarışması üçün lazım olan məbləği ödəyə bilməyib. Ona görə də venesuelalı sürücü Formula1-dəki yerini itirib. Yeni mövsümdə Maldonadonu Kevin Maqnussen əvəz edəcək.

Pastor Maldonadonun Formula1 karyerası 2011-ci ildə başlayıb. Venesuelalı sürücü 2011-2013-cü illərdə Williams komandasında yarışıb və daha sonra Lotus-a transfer olaraq burada 2 mövsüm keçirib.

Bildiyiniz kimi, keçən ilin sonunda Renault şirkəti Lotus komandasını satın alaraq, Formula1-ə qayıdıb.

Renault komandası Maldonadonun komandadan ayrılması ilə bağlı açıqlama verib: “İki ildir bizə sadiq qalan və bizə xidmət edən Maldonadoya ürəkdən təşəkkür edirik.

Onun performansı bəzən fanlar və şərhçilər tərəfindən tənqid edildi. Bütün bunlara baxmayaraq, o əsl dostdur, ağıllı və yumor hissi olan insandır.

Boliddən tam məhsuldarlıq almaq üçün gecə-gündüz işlədi. İki il boyunca əyləncəli anlar yaşadıq. Ona təşəkkür edirik. Maldonado üçün darıxacayıq!”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 351
Teqlər , , , , ,
Paylaş

logo