21 Sentyabr 2017, Cümə axşamı - 05:38

R.Barrikello: “Bizim maşın çempionatı udmağa qadirdir”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:25 - 01 Aprel, 2009

Rubens Barrikello Mixael Şumaherin komanda yoldaşı olanda onların birgə səyi nəticəsində Ferrari beş dəfə Mühəndislər Kubokunda qalib gəlmişdi. İndi isə […]

Rubens Barrikello Mixael Şumaherin komanda yoldaşı olanda onların birgə səyi nəticəsində Ferrari beş dəfə Mühəndislər Kubokunda qalib gəlmişdi. İndi isə Formula1-in veteran sürücüsü yenə də əmindir ki, onun əlinin altında çempionatı udmağa qadir olan maşın peyda olub. Avstraliya Qran Prisində Brawn GP sürücüləri qələbə dublu qazanıblar və növbəti yarışlarda da bu uğuru davam etdirməyə hazırdırlar, amma Barrikello hesab edir ki, Brəklidən olan komandaya avtokonsernlərin təzyiqinə dözmək asan olmayacaq…

Rubens Barrikello: “Maşın əladır, o çempionatı udmağa qadirdir. Bir problem var: Brawn GP – zavod komandalarından olduqca balacadır. Biz yaxşı hazırlaşmışıq, amma yalnız iki test sessiyası keçirmişik. Buna görə də bizim hansısa problemlərimiz əmələ gələ bilər, ona görə də “titul bizim cibimizdədir” demək hələ tezdir.

Amma Formula1-də 16 illik təcrübəmi nəzərə alsaq, görürəm ki, bizim maşın hələ çox yarışlarda qalib gələcək.

Həm də mən sizi əmin edirəm ki, startda arxadab McLaren mənim maşınıma zərbə endirəndə diffuzor dağılmışdı. Amma bundan sonra maşın yavaş olmadı, ona görə də bizim süərtli olmağımıza əsas səbəb diffuzor deyil. İnsanlar nə istəsələr danışa bilərlər, amma ümid edirəm ki, FİA öz qərarını dəyişməyəcək: bizim diffuzorlar qaydasındadır.

Avstraliyada axşam görüntü problemləri əmələ gəlmişdi, temperatur kəskin aşağı düşmüşdü, amma BGP001 özünü əla aparırdı, bəlkə də peletonda ən yaxşı maşın idi. Amma Malayziyada trasda mübarizə daha sıx olacaq.

Ferrari 100% güclü olacaq, McLaren həmişə bu trasda güclü olur. Melburnda məni Red Bull-un süərti təəccübləndirdi, ona görə də rəqabət yüksək olacaq.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 62
Teqlər
Paylaş

logo