16 Dekabr 2017, Şənbə - 19:05

R.Qrojan: “Əylənmə zonasında trayektoriyanı dəyişən təkcə Ferstappen deyil”

R.Qrojan: “Əylənmə zonasında trayektoriyanı dəyişən təkcə Ferstappen deyil”

Müəllif: Elçin Zodorov, redaktor

12:10 - 23 Oktyabr, 2016

Bir çox sürücü Maksın müdafiə stilindən narahatlığını dilə gətirmişdi. Bu mövzu Ostində cümə günü bir daha müzakirə olunub.

F-1.az xəbər vermişdi ki, FİA-nın yarış direktoru Çarli Uaytinqin sürücülərlə keçirdiyi brifinqdə bu mövzu müzakirə olunmuş, əylənmə nöqtəsində trayektoriya dəyişmək qadağan olunmuş və bu barədə FİA-dan komandalara rəsmi təlimat göndərilmişdi.

Roman Qrojan həmin qayda pozuntusunun bir çox sürücü tərəfindən edildiyini bildirib: “Əylənmə zonasında çox trayektoriya dəyişikliyi görürük. Yaponiyadakı yarışa bir daha baxdım və dünən buna görə şikayət etdim. Bir çox sürücü trayektoriyanı dəyişirdi. Sayns, Maks və Palmer bunu mənə qarşı etdilər. Bununla əlaqədar tədbir görülməli idi. Belə hərəkətləri başqa seriyalarda da görə bilərsiniz. Bu il sözügedən hadisələrlə üzləşən Kimi, Lyuis, Qutyerres və bir neçə başqa sürücülər qəzaya yol verməmək üçün trasdan çıxmalı oldular. Belə şeylər baş verməməlidir. Ya asfaltın sağ tərəfində qalmalısınız, ya da sol tərəfində. Buna uyğun olaraq əyləcə basmalısınız”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 167
Teqlər , , ,
Paylaş

logo