15 Dekabr 2017, Cümə - 10:12

Pol Rikar trasında Mistral düzlüyü niyə iki yerə bölünüb?

Pol Rikar trasında Mistral düzlüyü niyə iki yerə bölünüb?

Müəllif: Elçin Zodorov, redaktor

11:12 - 10 Avqust, 2017

F-1.az xəbər verir ki, Fransa Qran Prisinin təşkilatçıları 1990-ci ildən bəri ilk dəfə gələn il Formula1-i qəbul edəcək Pol Rikar trasının ən uzun – 1.8 km-lik Mistral düzlüyünə şikana qoyulmasının səbəbini açıqlayıblar.

Fransa Qran Prisinin icraçı direktori Jil Düfeyno AutoSport.Com-a bu barədə danışıb: “FİA bəzi araşdırmalar aparıb və belə nəticəyə gəlib ki, hələ şikanadan əvvəl sürət artıq 343 km/saata çatacaq. Ona görə də qərara alındı ki, motorun bütün düzlükdə tam limitdə işləməsinin qarşısını alaq. Eyni zamanda, biz ötməyə imkan verən yerlərin sayını artırılmaq istəyirdik. Trasda 3 uzun düzlük və birinci, səkkizinci döngələr qarşısında sərt əylənmə zonaları olacaq, Signes döngəsində isə sürücülər ayaqlarını qaz pedalından çəkməyəcəklər.

FİA son təftişini bir neçə ay əvvəl keçirib. Başqa ciddi dəyişiklik olmayacaq. Yalnız porebriklərin yenilənməsi lazımdır və bu da qışda ediləcək. Trasın lazımi lisenziyası çoxdan var. Ən əsası, tribunaları hazırlamaqdır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 17. 562
Teqlər , , , ,
Paylaş

logo