18 Oktyabr 2017, Çərşənbə - 00:20

Pirelli Sinqapur Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Pirelli Sinqapur Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Müəllif: Elçin Zodorov, redaktor

17:20 - 06 Sentyabr, 2016

Builki reqlamentə əsasən, Pirelli səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir. Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini FİA-ya bildirirlər, federasiya isə Pirelli-dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.

Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də bu gün Pirelli Sinqapur Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.

F-1.az xatırladır ki, gələn həftəsonu baş tutacaq yarışa Pirelli yumşaq üçlüyünü – Soft və SuperSoft və UltraSoft tərkiblərini gətirəcək. Komandalar mövsümdə artıq 4-cü dəfə bu üçlükdən istifadə edəcəklər.

Sürücülər UltraSoft təkərlərə üstünlük veriblər. Son yarışlarda olduğu kimi, yenə də həm Mercedes AMG, həm də Ferrari pilotları bir-birilərindən fərqli təkər seçimi ediblər…

SürücüKomandaSoftSuperSoftUltraSoft
Lyuis HəmiltonMercedes AMG337
Niko RosberqMercedes AMG427
Sebastyan FettelFerrari229
Kimi RəykkönenFerrari139
Valtteri BottasWilliams238
Felipe MassaWilliams148
Daniel RikkardoRed Bull247
Maks FerstappenRed Bull247
Niko HülkenberqForce İndia436
Serxio PeresForce İndia436
Kevin MaqnussenRenault157
Colion PalmerRenault157
Daniil KvyatToro Rosso148
Karlos SaynsToro Rosso148
Fernando AlonsoMcLaren238
Censon BattonMcLaren238
Markus ErikssonSauber139
Felipe NasrSauber148
Paskal VerlyaynManor346
Esteban OkonManor346
Roman QrojanHaas229
Esteban QutyerresHaas139

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 302
Teqlər , , , , ,
Paylaş

logo