N.Rosberq xəyalındakı komandanı açıqlayıb

Formula1 üzrə Dünya Çempionu Niko Rosberq bildirib ki, komanda rəhbəri olacağı halda, Həmilton və Ferstappeni transfer edər.

F-1.az xatırladır ki, almaniyalı Dünya Çempionu 4 mövsüm Həmiltonla komanda yoldaşı olmuş və 2016-cı ildə britaniyalı sürücünü məğlub edə bilmişdi.

Niko Rosberq: “Həmiltonla Ferstappen. Amma birlikdə yarışa bilərlərmi, əmin deyiləm. Qalmaqallı cütlük ola bilərlər. Bəlkə də, yaxşı fikir deyil.

Esteban Okon da yaxşı gələcək vəd edir. Formula1-dəki ilk mövsümündə mükəmməl idi. Çox stabildir və həmişə mübarizə aparır. Bir neçə dəfə komanda yoldaşından sürətli oldu. Komanda yoldaşı isə Serxio Peres kimi sürücüdür”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*