17 Dekabr 2017, Bazar - 10:11

N.Lauda: “Rosberq çempion olacaq…”

N.Lauda: “Rosberq çempion olacaq…”

Müəllif: Rauf Hacıyev, redaktor

10:44 - 12 Oktyabr, 2016

Mercedes komandasının qeyri-icraçı direktoru Niki Lauda bildirib ki, Rosberq heç bir problem yaşamasa, çempion olacaq…

F-1.az xatırladır ki, Yaponiya yarışını Rosberq qazandığı halda, Həmilton 3-cü olmuşdu və fanlarını məyus etmişdi.

Lauda bildirib ki, hər iki sürücüsü də çox güclüdür və sürüşlərində səhv tapmaq qeyri-mümkündür. Avstriyalı əfsanə əlavə edib ki, Rosberqin bolidində problem olmasa, rahatlıqla Dünya Çempionu titulunu qazana bilər: “Niko hazırda hər şeyi düz edir. Əgər hər şey mövsümün sonuna qədər normal davam etsə, Lyuis onu çətinki keçsin. Başqa cür necə olar – bilmirəm.

Lyuis bu il bəzi problemlərlə üzləşdi. Bunlar olmasaydı, turnir cədvəli necə olardı – bilmirəm. Amma Niko bu problemlərlə üzləşməsə, Həmiltonun işi çətin olacaq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 119
Teqlər , , ,
Paylaş

logo