21 Sentyabr 2017, Cümə axşamı - 12:52

N.Lauda: “Həmilton Fetteli döyəcək”

N.Lauda: “Həmilton Fetteli döyəcək”

Müəllif: Rauf Hacıyev, redaktor

12:16 - 26 İyun, 2017

Mercedes-in qeyri-icraçı rəhbəri Bakıdakı yarışda bolidini Həmiltonun üzərinə sürən Sebastyan Fetteli sərt tənqid edib.

F-1.az xatırladır ki, bu mövsüm çempionluğun ən böyük favoriti olan iki sürücü təhlükəsizlik maşını zamanı təmas yaşamış və buna görə əsəbləşən Fettel rəqibi Həmiltonun yanına gələrək, bolidini onun üzərinə sürmüşdü. Almaniyalı sürücü radio vasitəsi ilə Həmiltonun əyləc testi etdiyini demişdi.

Keçmişdə Ceyms Hant ilə dillərə dastan olmuş rəqabət yaşayan əfsanəvi Niki Lauda isə qorxur ki, Fettellə Həmilton bir-birinə fiziki xəsarət yetirsinlər: “Lyuis ona bir gün vuracaq. Amma bolidi ilə yox, yumruğu ilə. Mən Lyuisin yerinə olsaydım, Sebastyan ilə bu barədə danışardım. Sebastyan deyir ki, mən səhv etməmişəm. Lakin, deyəsən, beyni başqa yerdədir. Ümid edirəm ki, 3 gün sonra başa düşər. Birisinə arxadan çırpılırsansa, günah səndədir. Burada sual işarəsi yoxdur. Daha sonra gedib ona bilərək vurmaq… Belə şey görməmişəm. Niyə belə elədi, bilmirəm. Fettel yaxşı oğlandır. Bu hərəkətinin mənası yox idi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 12. 585
Teqlər , , , , , ,
Paylaş

logo