N.Hülkenberq: “Hələ də çox təəccüblüyəm”

Çin QP-nin sıralanma turunda 7-ci yeri tutan Niko Hülkenberq bildirib ki, nəticədən razıdır.

F-1.az xatırladır ki, almaniyalı sürücü sonuncu sərbəst yürüşlərdə 11-ci olsa da, sıralanma turunda Felipe Massaya az fərqlə məğlub olaraq 7-ci nəticəni göstərib. Beləliklə, Renault 2016-cı ildə komanda kimi idmana qayıtdıqdan sonra ilk dəfə sonuncu sessiyaya qalıb.

Niko Hülkenberq: “Bugünkü sərbəst yürüşlərdə boliddən çox razı idim. Balansı yaxşı idi və bilirdik ki, yaxşı nəticə göstərəcəyik. Çində mövsümün ilk yarışı Avstraliyaya nisbətən özümü yaxşı hiss edirdim. Bu da nəticəyə əks olundu. Nəticəni mənə radiodan deyəndə təəccübləndim və sevindim. Ümid edirəm ki, yarışda da yaxşı yer tuta bilərəm. Proqnozlara əsasən, sabah yağış yağacaq və bu da strategiya cəhətdən işlərin qarışacağı deməkdir. Ümid edirəm ki, problem yaşamadan finişə çatarıq və gözəl xallar qazanarıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*