Kimi Rəykkönen Lotus komandasının təklifini qəbul edərkən, komandadan xahiş etmişdi ki, McLaren-də onun yarış mühəndisi olmuş Mark Sleydi də işə götürsünlər.
Mark Sleyd təcrübəli mütəxəssisdir, son 15 ildə bir çox finlandiyalı sürücülərlə işləyib: Mika Hakkinen, Kimi Raykkönen və Heykki Kovalaynen.
Kimi hələ Ferrari-yə keçərkən onu özü ilə aparmaq istəmişdi, amma o zaman Markın McLaren-lə müqaviləsi var idi. 2009-cu ildən Mark Renault komandasında çalışıb, amma keçən mövsümü Mercedes GP komandasında Mixael Şumaherin mühəndisi kimi başlamışdı. İndi isə yenidən Ənstouna qayıdıb və formal olaraq martın 1-dən rəsmən Kiminin yarış mühəndisi kimi işə başlayıb. Bu gün Barselona testlərində uzun sürən ayrılıqdan sonra mühəndis və sürücü trasda birgə işləyiblər.