16 Dekabr 2017, Şənbə - 20:46

Meksika-2016: Mətbuat konfranslarının cədvəlləri

Meksika-2016: Mətbuat konfranslarının cədvəlləri

Müəllif: Elçin Zodorov, redaktor

18:41 - 26 Oktyabr, 2016

Meksika Qran Prisi günlərində FİA-nın rəsmi mətbuat konfranslarının Formula1-dən iştirakçılarının adları açıqlanıb.

Cümə axşamı Niko Rosberq (Mercedes AMG), Karlos Sayns (Toro Rosso), Serxio Peres (Force İndia), Esteban Qutyerres (Haas), Markus Eriksson (Sauber) və Esteban Okon (Manor) jurnalistlərin suallarına cavab verməli olacaqlar.

Cümə günü isə sürücüləri komandaların məsul işçiləri – Erik Bulye (McLaren), Robert Förnli (Force İndia), Mayk O’Driskoll (Williams), Frants Tost (Toro Rosso) və Deyv Rayan (Manor) əvəz edəcəklər.

F-1.az xatırladır ki, şənbə və bazar günləri mətbuat konfransına sıralanma turu və yarışın ilk üçlüyü dəvət olunur…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 166
Teqlər ,
Paylaş

logo