18 Dekabr 2018, Çərşənbə axşamı - 17:16

McLaren Honda testlərdə inkişaf edib

McLaren Honda testlərdə inkişaf edib

Müəllif: Rauf Hacıyev, redaktor

08:32 - 07 Mart, 2016

Honda Motorsport-un başçısı Yasuke Haseqava bildirib ki, onlar testlərdə inkişaf ediblər…

F-1.az xatırladır ki, Honda keçən il ən dözümsüz və ən zəif mühərriklərhazırlamışdı.

2016-cı ilin əvvəlində Yasuhisi Araini əvəz edən Haseqava testlər barədə təəssüratlarını bildirib: “Son iki həftə komanda üçün yaxşı oldu. Testlər ərzində biz gördük ki, həm mühərrik, həm də güc cəhətdən inkişaf etmişik.

Xüsusən də ikinci mövsümöncəsi testlərdə mühərriklə bağlı heç bir problem yaşamadıq və yaxşı nəticələr əldə etdik.

Artıq bazamızda dözümlülük üçün sonuncu testləri edirik. Avstraliya QP-yə qədər əlimizdəki məlumatlara baxıb, hazırlıqlarımızı bitirməyə çalışacayıq.

Haseqava bildirib ki, onlar Mercedes AMG, Ferrari və Renault ilə müqayisədə harada olduqlarını bilmirlər: “Sadəcə test edərək, paketin tam gücünü anlamaq mümkün deyil. Çox işləməliyik. Mövsüm ərzində gücümüzü artırıb, hər yarışdan xal almaq istəyirik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 376
Teqlər , , , , , ,
Paylaş

logo