21 Sentyabr 2017, Cümə axşamı - 12:34

McLaren diskvalifikasiya oluna bilər?

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

16:39 - 09 Aprel, 2009

Bu gün Londonda nəşr olunan Daily Express qəzetində Formula1-in kommersiya başçısı Berni Ekklstounun McLaren komandasının başında qızışan yeni qalmaqal barədə […]

Bu gün Londonda nəşr olunan Daily Express qəzetində Formula1-in kommersiya başçısı Berni Ekklstounun McLaren komandasının başında qızışan yeni qalmaqal barədə müsahibəsi dərc edilib. Xatırladaq ki, FİA McLaren komandasını Avstraliya Qran Prisinin stüardlarına yalan söyləməklə Formula1-in imicinə zərbə vurmaqda günahlandırır, buna görə komanda aprelin 29-da Ümumdünya Avtoİdman şurasının iclasına çağrılıb…

Berni Ekklstoun: “Bu hadiələri daha dəqiq təhlil etmək lazımdır. Söhbət ondan gedir ki, McLaren komandası yalan danışmaqla başqa komandanın xallarını oğurlamaq istəyib, bu isə pillarla bağlıdır, deməli biz fırıldaqçılıqla aktını müzakirə edəcəyik. Hərçənd, mən əminəm ki, ilk əvvəl heç kim məsələnin bu qədər dərinə getməsini fikirləşməzdi.

Əgər komanda günahkar elan olunarsa, cəzanın bir neçə variantı ola bilər, amma ən dəhşətlisi komandanın diskvalifikasiyasıdır. Belə cəza da istisna olunmur. Axı bu yaxınlarda McLaren Şurada günahkar çıxarılıb, indi yenə də komanda pis əməllərinə görə cavab verməli olacaq – bu isə həmişə pisdir.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 110
Teqlər
Paylaş

logo