M.Uebber niyə İndy500-dən imtina edib?

Sabiq Formula1 sürücüsü Mark Uebber bildirib ki, Fernando Alonso Bəhreyndə ona İndy500 yarışında iştirak etməyi təklif edib.

F-1.az xatırladır ki, Fernando Alonso Monako yarışından imtina edərək, İndy500-də gücünü sınamaq qərarına gəlib.

Mark Uebber: “Le Manda qazanmağı çox istəyərdim. Orada bütün yarışlarda lider gedə bilsəm də, sonda qələbəni əldən verdim. İndy500 mənim üçün maraqlı deyil. Buna görə də heç vaxt düşünmədim. Təbii ki, bu işlə məşğul olan çoxlu dostum var. İndy500-də yarışmaq asan deyil, amma oval trasları xoşlamadığım üçün mən iştirak etmək istəmədim.

Fernando sonuncu dəfə Bəhreyndə mənə bu barədə təklif versə də, qəbul etmədim. Artıq yarışlardan uzağam. Dəbilqəmi çıxardım və yenidən geyinmək fikrim yoxdur. Həyatımdan razıyam və streslə mübarizə aparmıram. İstəyərdim ki, yarışı Alonso qazansın. O hərtərəfli sürücüdür. Özü də bunu görmək üçün qarşısına məqsəd qoydu. Ümid edirəm ki, hədəflərinə çatar”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*