16 Dekabr 2017, Şənbə - 18:54

M.Ferstappen balansdan narazıdır

M.Ferstappen balansdan narazıdır

Müəllif: Rauf Hacıyev, redaktor

21:21 - 24 Noyabr, 2017

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, bolidin balansı gözlədiyindən pis olub.

F-1.az xatırladır ki, hollandiyalı sürücü birinci sərbəst yürüşlərdə 3-cü olsa da, ikinci sərbəst yürüşlərdə problemlərlə üzləşib.

Maks Ferstappen: “Həm yaxşı, həm də pis gün oldu. Gördüyümüz işdən razıyam. Səhər bolid sürətli idi və tempi görə bilirdim. İkinci sessiyada fərqli şeylər yoxladıq, amma bolid tamamilə pis hala gəldi. Səbəbini bilmirəm və bunu həll etməliyik. Həll etsək, hər şey gözəl olar. Məqsədimiz budur. Sərbəst yürüşlər bunun üçündür. Sabah üçün doğru sazlanmaları tapacağıq. Bundan başqa problem yoxdur. Qalib gəlmək üçün tempimiz olmasa da, inkişaf etməliyik. Sıralanma turunda daha yaxın ola bilərik. Yarışda adətən daha sürərli oluruq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 42
Teqlər , , ,
Paylaş

logo