11 Dekabr 2017, Bazar ertəsi - 04:25

M.Arrivabene: “Tiffoziləri sevindirdiyimiz üçün xoşbəxtəm”

M.Arrivabene: “Tiffoziləri sevindirdiyimiz üçün xoşbəxtəm”

Müəllif: Rauf Hacıyev, redaktor

07:11 - 30 Aprel, 2017

Ferrari komandasının rəhbbəri Rusiyada əldə etdikləri ilk cərgədən sonra bildirib ki, fanlara gözəl hisslər yaşatdığı üçün xoşbəxtdir.

F-1.az xatırladır ki, “qırmızılar” sonuncu dəfə 9 il əvvəl – 2008-ci ilin Fransa yarışında ilk cərgəni əldə etmişdilər. Ondan sonra keçirilən 166 yarışda isə Ferrari komandası hər iki sürücüsü ilə önü açıq start ala bilməmişdi.

Mauritsio Arrivabene: “Hələ ki, sevincdən sərxoş olmamışam. Ayaqlarım yerə dəyir və uçmuram. Ferrari üçün gözəl nəticədir. Sürücülərimizdən razıyam, bolidimiz yaxşı vəziyyətdədir və mükəmməl komandaya sahibik. Bunları və Ferrari fanlarının sevincini görmək gözəldir. Tiffozilərin üzlərini yenidən güldürdüyümüz üçün xoşbəxtəm.

Qayıtdıq, amma bu sıralanma turudur. Yarış isə qabaqdadır. Ümid edirəm ki, yarışda daha gözəl nəticə alacağıq. Növbədə çox yarış var. Mercedes-in çox güclü və sürətli olduğunu bilirik. İşləməyə davam edəcəyik.

Rəykkönen mövsümün əvvəlində bolidlə bağlı problemlər yaşasa da, sonra raket kimi sürətini göstərə bildi. Kimi çox güclü sürücüdür”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 207
Teqlər , , , , ,
Paylaş

logo