17 Oktyabr 2018, Çərşənbə - 13:38

M.Arrivabene: “Biz gələcək barədə düşünməliydik”

M.Arrivabene: “Biz gələcək barədə düşünməliydik”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:13 - 14 Sentyabr, 2018

Sinqapurda Ferrari komandasının başçısı Mauritsio Arrivabene jurnalistlərə təcrübəli Kimi Rəykköneni gənc Şarl Leklerlə əvəz etmələrinin səbəbini açıqlayıb.

F-1.az xatırladır ki, bir neçə gün əvvəl Skuderiya Kimi Rəykkönenlə mövsümün sonunda vidalaşdığını və gələn ildən onu komandada Şarl Leklerin əvəz edəcəyini açıqlamışdı…

Mauritsio Arrivabene: “Biz niyə belə etdik? Məgər bu aşkar deyilmi? Biz 2019-cu ildən sonra F1-də uzunmüddətli proqram planlaşdırmışıq, komandanın gələcəyi barədə düşünmüşük, ən azı öz istedadlı gənclərimizi irəli çəkmək barədə düşünmüşük. Mən Rəykkönenə böyük hörmətlə yanaşıram, amma biz gələcəyimiz naminə bu addımı atmalıydıq, Kimiyə isə gələcək karyerasında uğur arzu edirik.

Hazırda Leklerdən çox şey tələb etməməliyik. Ona vaxt verməliyik. Biz hələ onunla bağladığımız ilk müqavilədə onun F1-də çıxışını planlaşdırmışdıq. Eyni müqavilə Antonio Covinatsidə də var idi. Şarl bilirdi ki, gec-tez bu baş verəcək. Mən çox şadam ki, hadisələr bu cür cərəyan edir, biz ümid edirik ki, bu yolla onu 2022-ci ilədək komandada saxlaya biləcəyik.

Biz göstərmək istəyirik ki, Ferrari gənc sürücülərə etibar edir. Red Bull gənc Maksa yoldaşlıq etmək üçün gənc Pyer Qaslini gətirməklə hamını təəccübləndirdi. McLaren isə Lando Norrislə müqavilə bağladı. Bütün bunlar Formula1-in gəncləşməsindən xəbər verir…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 256
Teqlər , , ,
Paylaş

logo