Lola 2010-cu ildə qayıdacaq?

İdman maşınlarının məşhur fabriki sayılan Lola şirkəti Formula1-ə artıq glən il qayıda bilər. Lola Group-un rəhbərliyi dünya çempionatı üçün nəzərdə […]

İdman maşınlarının məşhur fabriki sayılan Lola şirkəti Formula1-ə artıq glən il qayıda bilər. Lola Group-un rəhbərliyi dünya çempionatı üçün nəzərdə tutulmuş maşının qurulmasının layihəsinin texniki, istismar və maliyyə qiymətləndirilməsinə start verib. Həlledici əməkdaşlar təyin edilib, resurslar ayrılıb, həm də şirkətin aerodinamik və hesablama hidrodinamikası laboratoriyaları da daxil olmaqla bütün xidmət vasitələri vardır.

Martin Birreyn, Lola Group-un icraçı direktoru: “Komandaların 2010-cu ildə ümumi büdcələrinin məhdudlaşdırılması qərarı Formula1-də iştirak üçün həlledici faktor oldu. Optimal maliyyə məsrəfləri üzərində yüksək texnoloji səviyyədə işləmək Lola-nın əqidəsinin bir hissəsidir və çempionat rəhbərliyinin çətin iqtisadi şəraitdə qəbul etdikləri məsuliyyətli qərarlar bizim Formula1 maşını qurmağımız üçün ideal şərait yaradıb.

Texniki resurslar, vərdişlər və texniki hazırlıqlar bizə ən yükəsk səviyyədə rəqabət apara biləcək maşınlar qurmağa bizə imkan verəcək. Biz bu imkanı qiymətləndiririk və iştirak üçün rəsmi bəyanata hazırlaşırıq.”

Lola şassisi üzərində qurulmuş maşınlar 1962-1997-ci illərdə Formula1-də 149 dəfə start alıblar…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*