20 Noyabr 2017, Bazar ertəsi - 13:34

L.Stroll: “Xəyallarım gerçək oldu”

L.Stroll: “Xəyallarım gerçək oldu”

Müəllif: Rauf Hacıyev, redaktor

20:14 - 25 İyun, 2017

Williams komandasının debütant sürücüsü Ləns Stroll keçən Kanada yarışında Formula1 karyerasında ilk xallarını qazandıqdan sonra tarixin ilk Azərbaycan Qran Prisində podium xəyalını da reallaşdırıb.

F-1.az xatırladır ki, xaotik keçən Azərbaycan yarışında problemlərdən uzaq duran Stroll yarışın böyük hissəsində 2-ci olsa da, son metrlərdə Bottasa keçilərək üçüncülüyə razı olub.

Ləns Stroll: “Çox gərgin yarış idi. Komanda radioda məndən sakit olmağımı istədi. Yekunda ikinciliyi itirsəm də, əla yarış idi. Arxa təkərlərim tamamilə yeyilmişdi və buna görə də bilirdim ki, performansımı davam etdirmək çətin olacaq. O təkərlərlə yaxşı dövrələr göstərmək çətin idi. Valtteri məndən sürətli idi. Lakin podiumdayam və havada uçuram”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 794
Teqlər , , , ,
Paylaş

logo