19 Noyabr 2017, Bazar - 01:30

L.Həmiltonu Mercedes-ə Braun gətirib

L.Həmiltonu Mercedes-ə Braun gətirib

Müəllif: Rauf Hacıyev, redaktor

14:14 - 10 Noyabr, 2017

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, “gümüşü oxlar”a keçidində əsas işi Ross Braun görüb.

F-1.az xatırladır ki, britaniyalı sürücü 2012-ci ilin sonunda McLaren komandasından ayrılaraq, Mercedes-ə transfer olunmuşdu. Amma paddokda gəzən söhbətlərə əsasən Həmiltonu, Niki Lauda razı salmışdı. Lakin Formula1 tarixinin ilk qaradərili çempionu bu xəbəri təkzib edib: “Nikini çox sevirəm və onunla münasibətimiz əladır, amma məni Mercedes-ə keçməyə razı salan Ross Braun idi. Braun bir gün anamgilə gəlmişdi. Mətbəxdə çay içirdik. Mən düşünürdüm ki, Mixael Şumaxer kimi sürücü ilə işləyən və televiziyada gördüyüm adam niyə məni komandasında istəyir? Mənə məntiqli gəlməmişdi. Mənim Mercedes-ə keçməyimə əsas səbəb o idi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 7. 519
Teqlər , , ,
Paylaş

logo