17 Dekabr 2017, Bazar - 10:07

L.Həmilton Malayziyadakı hadisənin təsirindən çıxıb

L.Həmilton Malayziyadakı hadisənin təsirindən çıxıb

Müəllif: Elçin Zodorov, redaktor

14:51 - 06 Oktyabr, 2016

Britaniyalı pilot keçən həftəsonu Sepanqda yaşadığı şanssızlığın şokundan çıxdığını, Yaponiya Qran Prisi üçün tamamilə hazır olduğunu bildirib.

F-1.az xatırladır ki, Malayziya Qran Prisində böyük fərqlə birinci yerdə qələbəyə doğru gedərkən motoru partlayan Lyuis yarışı dayandırmalı olmuşdu. O, həmin anda çox məyus olduğunu, lakin artıq hadisənin təsirindən qurtulduğunu bildirib.

Lyuis Həmilton: “Hisslərim keçənilki ilə eynidir. Olduqca yaxşı vəziyyətdəyəm və sükan arxasına keçmək üçün hazıram. Hava gözəldir və burada olmağı sevirəm. Keçən yarış barədə düşünmürəm. Bir yarışda uğursuzluq yaşayanda, adətən yarışdan başqa, Formula1-dən başqa hər şey barədə daha çox düşünürəm. Hazırda Tokioda olmaqdan zövq alıram. Dünyada sevdiyim 3 şəhərdən biridir.

Sepanqda çox yaxşı görünürdük. Ümid edirəm ki, burada da rəqiblərimizdən üstün olarıq. Belə görünür ki, Allah mənim qalib gəlməyimi istəmir. Mən deməli olduqlarımı İnstagram-da demişəm”.

Həmiltonun azarkeşləri Mercedes AMG komandasının sürücülərinə qarşı ədalətli davranmadığını düşünürlər. Bu barədə suala Lyuis belə cavab verib: “Mən fikrimi İnstagram-da demişəm. Azarkeşlərimin də öz fikirlərini bildirmək haqları var. Amma bütün paylaşımlarıma baxsanız, komandama necə bağlı olduğumu görərsiniz”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 173
Teqlər , , ,
Paylaş

logo