L.Həmilton: “Əla mövsüm üçün rəqiblərimə təşəkkür edirəm”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton gözəl mövsüm keçirdiyini və buna görə də rəqiblərinə minnətdar olduğunu bildirib.

F-1.az xatırladır ki, finişdən sonra şərəf dövrəsində karyerasını başa vuran Alonso və yarışı 2-ci yerdə bitirən Fettellə azarkeşlərə şou göstəriblər.

Lyuis Həmilton: “Bu gün hər şey ideal keçdi, bütün yarış məsafəsində heç bir problemimiz olmadı. Mövsümü əla başa vurduq! Belə gözəl mövsüm üçün rəqiblərimə təşəkkür edirəm.

Sebastyanla yarışmaq da şərəfdir. Onu Formula3-də yarışandan tanıyıram. Həmişə ürəkdən yarışır və dürüstdür. Bizim üzərimizdə təzyiq çox olduğu üçün səhvlərimizi mühakimə etməyin. Gələn il daha güclü olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*