20 Oktyabr 2017, Cümə - 21:55

K.Horner Ferrari-nin bazasına gizli səfər edib

K.Horner Ferrari-nin bazasına gizli səfər edib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

16:34 - 24 Yanvar, 2013

Red Bull komandasının başçısı Kristian Horner bu yaxınlarda Ferrari-nin Maranellodakı bazasına baş çəkib – bu barədə İtaliya mətbuatına istinadən Motorsport-Total […]

Red Bull komandasının başçısı Kristian Horner bu yaxınlarda Ferrari-nin Maranellodakı bazasına baş çəkib – bu barədə İtaliya mətbuatına istinadən Motorsport-Total xəbər yayıb. Almaniyada çap olunan qəzetin fikrincə, Maranelloda Horner Skuderiyanın kadrlar şöbəsinin başçısı Mario Mayrano və Ferrari şirkətinin prezidenti Luka di Montedzemolo ilə görşə bilərdi.

Motorsport-Total-ın bildirdiyinə görə, Ferrari komandasının indiki başçısı Stefano Domenikali müqaviləsinin uzadılmasına əmin deyil və Formula1-də təmsil olunmayan hansısa bir şirkətlə danışıqlar aparıb. Ferrari isə Hornerdən əlavə başqa namizədlərlə də əlaqə saxlayıb.

Skuderiya üçün Horner yalnız yeni komandanı çempionatda qələbəyə gətirən insan kimi deyil, həm də Ədrian Nyui ilə sıx münasibəti olan birisi kimi maraqlıdır. Ferrari Nyuini çoxdan almaq istəyir, amma hələ bunu edə bilməyib. Horner isə Nyui ilə dostdur və çox güman ki, komandaya başçılıq edərsə, onu Maranelloya gətirə bilər.

Digər tərəfdən, qəzet qeyd edir ki, komanda bu görüşü qəsdən də təsdiq edə bilər: komanda əmindir ki, məlumat mətbuata sızacaq və Red Bull narahatlıq keçirəcək…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 167
Teqlər , , , , , , ,
Paylaş

logo