24 Sentyabr 2017, Bazar - 21:37

Kanada-2017: Bukmeyker cədvəlləri

Kanada-2017: Bukmeyker cədvəlləri

Müəllif: Elçin Zodorov, redaktor

08:09 - 05 İyun, 2017

Britaniyanın William Hill idarəsinin bukmeykerləri qarşıdakı yarış həftəsonu üçün növbəti cədvəllərini tərtib ediblər.

F-1.az idarənin rəsmi saytına istinadən bildirir ki, bukmeykerlər bu il ilk dəfə Fetteli qələbəyə əsas namizəd hesab ediblər. Həmiltonun şansları da ona yaxın qiymətləndirilir. Digər sürücülərə verilən əmsallar isə xeyli yüksəkdir – yəni  onların qalib gələcəyinə inam azdır…

Kanada Qran Prisində qələbə (sürücülər)
Sebastyan Fettel2.20
Lyuis Həmilton2.37
Valtteri Bottas7.50
Kimi Rəykkönen11.00
Maks Ferstappen26.00
Daniel Rikkardo29.00
Serxio Peres, Felipe Massa501.00

 

Ferrari-nin bu il yaxşı təsir bağışlaması və Fettelin Monakoda mövsümdə üçüncü qələbəsini qazanması bukmeykerlərin titulun əsas favoriti barədə fikirlərini də dəyişib. Hazırda çempionatda lider olan Fettelə inam daha çoxdur, lakin onlar Həmilton faktorunu da unutmurlar. Digər sürücüləri isə demək olar ki, şanslı hesab etmirlər…

Çempionatda qələbə (sürücülər)
Sebastyan Fettel1.67
Lyuis Həmilton2.50
Valtteri Bottas34.00
Kimi Rəykkönen67.00
Daniel Rikkardo, Maks Ferstappen201.00

 

Ferrari Monakoda Mühəndislər Kubokunda liderliyi ələ alsa da, William Hill-in əməkdaşları mövsümün yekununda Mercedes AMG-nin qələbəyə sevinəcəyinə daha çox inanırlar. Lakin əmsallar iki həftə əvvəlki ilə müqayisədə Ferrari-nin xeyrinə dəyişib. Qeyd edək ki, iki komanda arasında çempionatda xal fərqi 17-dir…

Çempionatda qələbə (komandalar)
Mercedes AMG1.67
Ferrari2.20
Red Bull151.00
Force İndia, Williams, McLaren, Toro Rosso, Haas, Renault, Sauber1501.00

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 10. 074
Teqlər , , , , , ,
Paylaş

logo