17 Oktyabr 2018, Çərşənbə - 05:10

K.Sayns: “Ferstappen getdikdən sonra komanda daxilində vəziyyət düzəldi”

K.Sayns: “Ferstappen getdikdən sonra komanda daxilində vəziyyət düzəldi”

Müəllif: Rauf Hacıyev, redaktor

08:20 - 16 İyun, 2016

Karlos Sayns bildirib ki, Maks Ferstappen komandadan ayrıldıqdan sonra komanda daxilindəki atmosfer xeyli düzəlib.

F-1.az xatırladır ki, Red Bull Kvyatı ard-arda etdiyi səhvlərinə görə Toro Rosso-ya göndərmişdi və onun əvəzinə Maks Ferstappeni transfer etmişdi. Sayns bildirib ki, hollandiyalı sürücü Toro Rosso-dan ayrıldıdan sonra komanda daxilindəki vəziyyət düzəlib: “Qətiyyətlə deyə bilərəm ki, vəziyyət bir az dəyişdi. Düşünürəm ki, hamı doğrudan da daha yaxşı işləməyə başladı.

Daniil ilə bir yerdə yaxşı işləyirik. Komandanı qabağa aparırıq. Özümü daha rahat hiss edirəm. Bilmirəm, bəlkə də, Barselonada yaxşı başlanğıc etdiyim üçün olub. Barselonadakı performansımdan sonra özümü rahat hiss edirəm. Düşünürəm ki, Rusiyada başıma hər şey gəldi, amma Barselonadan sonra çox rahatam”.

Karlos Sayns Toro Rosso-nun inkişaf etdiyini düşünür: “Sizə onu deyim ki, yanaşmam heç dəyişməyib. Bir yarış üçün necə hazırlanılmalıdı və ya bir yarışa necə getmək lazım olduğu barədə düşüncəm heç dəyişməyib. Komanda böyüyür. Monakoda bəzi problemlər oldu, amma komanda inkişaf edir. Con Butun komandaya gəlməsi bizə çox kömək etdi. Hər şey doğru yolda gedir. İlk 7 yarışa yenilik gətirməsək də, gerilərə düşmədik. Bütün rəqiblərimiz yenilik gətirdikdən sonra yenilik gətiririk. İlk yarışdan bəri eyni şeyləri edirik, amma geri düşmədik. Bu da bizim inkişaf etdiyimizi göstərir”.

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 201
Teqlər , , , ,
Paylaş

logo