24 Oktyabr 2017, Çərşənbə axşamı - 15:03

K.Rəykkönen: “Yeni Ferrari daha sürətlidir”

K.Rəykkönen: “Yeni Ferrari daha sürətlidir”

Müəllif: Rauf Hacıyev, redaktor

10:06 - 25 Fevral, 2016

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, yeni Ferrari SF16-H keçən ilin bolidindən daha yaxşıdır…

F-1.az xəbər verib ki, Kimi Rəykkönen nahara qədər yanacaq sistemindəki problemə görə trasa çıxa bilməyib, amma nahardan sonra 75 dövrə vurub.

Rəykkönen testlərdəki ilk günü və bolid barədə təəssüratlarını bildirib: “Yaxşı başlamadıq və günün yarısını itirdik. Problemlərin öhdəsindən gəlmək vaxt aldı, amma çoxlu dövrə vurduq.

Günün ilk yarısında dövrə vura bilmədik, amma nahardan sonra uzun məsafəli dövrələr atdıq.

İlk təəssüratlarım yaxşıdır, amma bu ən gözəl gün deyildi. Ancaq əminəm ki, hər şey daha yaxşı olacaq.

Hazırda bizim zamana ehtiyacımız var. Fərqli şeylər üzərində işləyirik və çalışırıq ki, hər şey yaxşı olsun. Əminəm ki, daha yaxşı bolidimiz olacaq. Onsuz da bu bolid keçən ilin sonundaki boliddən güclüdür. Bu da o deməkdir ki, biz doğru işlər görmüşük.

Səhərki problem yeni bolidlərdə olan yanacaq sistemi ilə bağlı problemdir. Problem daha ciddi olsaydı, daha çox vaxt itirərdik.

Yenə də çox vaxt itirdik. Bu bizi məyus edir. Bunlara baxmayaraq, çoxlu dövrə atdıq. Bir günü itirməkdənsə, bütün gecə təhlil edəcəyimiz bir neçə dövrə atmaq daha yaxşıdır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 285
Teqlər , ,
Paylaş

logo