17 Dekabr 2017, Bazar - 04:35

K.Rəykkönen: “Sıralanmada bəxtim gətirmədi”

K.Rəykkönen: “Sıralanmada bəxtim gətirmədi”

Müəllif: Rauf Hacıyev, redaktor

18:45 - 13 May, 2017

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen sıralanma turundakı performansına görə xəyal qırıqlığı yaşayıb.

F-1.az xatırladır ki, finlandiyalı sürücü sonuncu sərbəst yürüşlərdə birinci olsa da, sıralanma turunun son sessiyasında etdiyi səhvlər üzündən 4-cü yerə razı olub.

Kimi Rəykkönen: “Bolid ilk gündən etibarən çox güclü olsa da, sıralanma turunda bəzi şeylər heç də yaxşı getmədi və rəqabətədavamlı ola bilmədim. Trasdakı şərait dünənə nisbətən yaxşı olsa da, yenə də problemlər var idi. Bu gün kiçik səhvlər nəticəni təyin etdi. Porebrikə xırda təmas və ya trayektoriyanı azca qaçırmaq nəticəyə təsir etdi. Amma yarış tempimizə güvənirik və gözəl nəticə qazanmaq üçün şansımız var. Strategiya cəhətdən nə edəcəyimiz məlumdur. Problemsiz bir yarışda gözəl nəticələr ala bilərik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 5. 919
Teqlər , , ,
Paylaş

logo