15 Dekabr 2017, Cümə - 21:59

K.Rəykkönen: “Komandaya inamım azaldı”

K.Rəykkönen: “Komandaya inamım azaldı”

Müəllif: Rauf Hacıyev, redaktor

08:08 - 30 May, 2017

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen Monako yarışında ikinci olduqdan sonra nəyə görə pitə tez çağırıldığını bilmədiyini deyib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Monako yarışına pouldan başlasa da, komandası onu daha tez pitə çağırmış və bununla da, liderliyi komanda yoldaşı Fettel ələ almışdı. Yarışdan sonra Rəykkönen məyus olduğunu gizlətməmişdi.

Kimi Rəykkönen: “Sözün açığı, pitə niyə tez çağırıldığımı bilmirəm. Bolid yaxşı vəziyyətdə idi və trasda qalmamaq üçün heç bir səbəb yox idi. Komanda olaraq dubl etmək istəyirdik və bunu bacardıq, lakin mən daha yaxşısını edə bilərdim.

Mən sürücüyəm və trasda nə istəsəm, onu edərəm. Komanda və sürücü arasında bir inam olmalıdır. Bunlar qarşılıqlı mövzulardır. Orada nə baş verdiyini bilmirəm. İkinciliyi gözləmirdim. Qazanmaq üçün yaxşı şansım və strategiya cəhətdən üstünlüyüm var idi, ancaq belə olmadı. Görək növbəti yarışlarda nə baş verir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 774
Teqlər , , , ,
Paylaş

logo