17 Dekabr 2017, Bazar - 04:15

K.Rəykkönen: “İkinciliyə sevinmirəm”

K.Rəykkönen: “İkinciliyə sevinmirəm”

Müəllif: Rauf Hacıyev, redaktor

19:01 - 28 May, 2017

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, pouldan başladığı yarışda ikinci olmaq yaxşı hal deyil.

F-1.az xatırladır ki, finlandiyalı sürücü pit-stopa qədər lider getsə də, pitə komanda yoldaşı Fetteldən tez girərək, ikinci yerə geriləyib.

Kimi Rəykkönen: “Nə deyim, bilmirəm. İkinci yer mənim üçün yaxşı nəticə deyil və sevinmirəm. Bəzən işlər belə gedir. Sonrakı yarışda daha güclü olmağı sınayacam. Belə yarışlarda daha yaxşı nəticə gözləyirsiniz, amma bu həmişə baş vermir. Mübarizə aparmağa davam edəcəm. Bu gün əla nəticə qazandıq və vacib xallar topladıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 8. 910
Teqlər , , ,
Paylaş

logo