23 Oktyabr 2017, Bazar ertəsi - 17:09

K.Rəykkönen: “Heç nə işləmədi”

K.Rəykkönen: “Heç nə işləmədi”

Müəllif: Rauf Hacıyev, redaktor

11:07 - 16 Sentyabr, 2017

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen cümə günü keçirilən sərbəst yürüşlərdən sonra bildirib ki, heç nə istədiyi kimi olmayıb.

F-1.az xatırladır ki, finlandiyalı sürücü ikinci sərbəst yürüşlərdə 30 dövrə vurub və 1:42.835-lik zaman nəticəsi ilə 9-cu olub. 37 yaşlı sürücü lider Rikkardodan 1.9 saniyə geri qalıb.

Kimi Rəykkönen: “Ümumilikdə çox çətin gün idi. Çox mənasız şeylər oldu. Xüsusən də nahardan sonra bərbad idi. Çox şey işləmədi və görüləsi işlər var. Bolidin üzərində işləməliyik. Əgər yaxşı işləsək, təkərlərdən də yaxşı istifadə edərik.

Sözün açığı, asan başlanğıc gözləyirdim. Sabah başqa gün olacaq. Görək nə olur. İşləməyə davam edirik. İnkişaf edə biləcəyimizə əminəm. Bu, başımıza ilk dəfə gəlmir və bu gün sadəcə cümədir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 473
Teqlər , , ,
Paylaş

logo