16 Dekabr 2017, Şənbə - 03:33

K.Rəykkönen: “Balans zəif idi”

K.Rəykkönen: “Balans zəif idi”

Müəllif: Rauf Hacıyev, redaktor

13:30 - 03 Sentyabr, 2017

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, Ferrari sıralanma turunda lazımi qədər sürətli deyildi.

F-1.az xatırladır ki, finlandiyalı sürücü sıralanma turunda 7-ci yeri tutsa da, Red Bull komandasının sürücüləri cəza aldıqları üçün yarışa 5-ci yerdən start verəcək.

Kimi Rəykkönen: “Fanlar və bizim üçün yaxşı deyidli. Uzun müddət gözlədikdən sonra trasa çıxdıq və bu heç də asan deyildi. Trasa çıxanda sürüşürdük, amma iki saat gözləməkdənsə, daha yaxşı yağış təkəri düzəltmək lazımdır. Orada bizi azarkeşlər gözləyirlər.

Tempimiz yoxdur. Asfaltla ilişmə zəifdir. Bolidlə mübarizə aparırdım. Bəlkə də təkərlər işləmədi və ya başqa bir şey oldu. Amma yarış uzundur və yerləri bərpa etmək istəyirik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 5. 115
Teqlər , , ,
Paylaş

logo